×
A
A
A
Sazlamalar

Bu il Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Şəki, 22 mart, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Şəkidə tütün əkini sahələrinin ötən ilə nisbətən 153 hektar artırılaraq, 1030 hektara çatdırılması nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 41 min kvadratmetr sahədə sadə istixanalar quraşdırılaraq toxum səpilib. Şitillər aprelin ikinci ongünlüyündən başlayaraq sahələrə köçürüləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Baş məsləhətçi bildirib ki, builki mövsümdə əkin sahələrinin 800 hektarına “Virciniya” növlü ətirli, 230 hektarına isə yerli tütün sortları əkiləcək.
Ötən ilki mövsüm şəkili fermerlər üçün çox uğurlu olub. Belə ki, 2018-ci ildə rayonda 2 min 976 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.

Regionlar 2019-03-22 22:48:00