×
A
A
A
Sazlamalar

® "AtaBank" ASC bayram günləri müştərilərə xidmət göstərəcək


"AtaBank" Novruz Bayramı münasibətilə bütün xalqımızı təbrik edir və bayram günlərində iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.
Bankın aşağıdakı filialları martın 22-də fəaliyyət göstərəcək:
•22 Mart – "Bakı" filialı - Bakı şəhəri, Neftçilər prospekti, 67; 09:00 – 18:00–dək (fasiləsiz).
•22 Mart – "Sahil" şöbəsi - Bakı şəhəri, Puşkin küçəsi 9, qapı 1 və 2; 09:00 – 18:00–dək (fasiləsiz).
Bankın xidmət və məhsulları haqqında daha ətraflı məlumat əldə etmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/ . 
25 ildən artıq fəaliyyət göstərən "AtaBank" ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Maliyyə 2019-03-19 15:27:00