×
A
A
A
Sazlamalar

Gəncədə evdən oğurluq edən şəxs saxlanıb

Gəncə, 19 mart, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evlərin birindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparılan araşdırmalarla Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanovun oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq, oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompüteri oğurladığı müəyyən edilib.
Vidadi İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-03-19 12:36:00