×
A
A
A
Sazlamalar

® “Kapital Bank” daha bir beynəlxalq konfransda iştirak edib

“Kapital Bank” və “PAŞA Holdinq”in nümayəndələri martın 13-14-də “Amerika Banklar Assosiasiyası”nın törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən Dubayda keçirilən beynəlxalq forumda iştirak ediblər. “Dəyiş. Uyğunlaş. İnkişaf et” şüarı altında keçirilən tədbirə “Kapital Bank”ın idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq və “PAŞA Holdinq”in baş iqtisadçısı Elman Eminov qatılıb.

Tədbir texnoloji yeniliklər, komplayens və bir sıra digər məsələlərlə bağlı müxtəlif beynəlxalq ekspertlərin çıxışları ilə yadda qalıb. Tədbir zamanı “Rəqəmsal Transformasiyalar Dövründə Komplayens”, “Ödənişlərin Transformasiya Texnologiyası” və digər mövzularda müzakirələr aparılıb.
“Kapital Bank”ın idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qeyd edib ki, builki tədbirin əsas məqsədi maliyyə sektorunda yeni texnologiyaların əhəmiyyətini müzakirə etməkdir. Rəqəmsal transformasiyanın bir hissəsi kimi innovasiya, müştərilərdən yüksək gözləntilərə cavab vermək üçün yeni imkanlar yaradır, eyni zamanda, kibertəhlükəsizlik, yeni normativ siyasət, xüsusilə komplayens və fırıldaqçılığa qarşı xəbərdarlıq hallarına hazır olmağa zəmin yaradır.
Həmçinin “MENA regionun iqtisadi reallığı” panelində çıxış edən “PAŞA Holdinq”in baş iqtisadçısı Elman Eminov bildirib ki, MENA regionu əsasən neft istehsalı və ixracı ilə xarakterizə olunur. Bu baxımdan yaxın və ortamüddətli dövrdə neft qiymətinin dinamikası və ümumi iqtisadi aktivlikdə özəl sektorun iştirakının artırılması gündəlikdə duran əsas iqtisadi məsələlər olacaq.
Qeyd edək ki, tədbir 2017-ci ildə BAFT tərəfindən yaradılan MENA bölməsi (Middle East, North Africa) tərəfindən keçirilib və əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Maliyyə 2019-03-19 11:37:00