×
A
A
A
Sazlamalar

Novruz bayramı münasibətilə Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə bayram mərasimləri, konsertlər keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə qanunvericiliyin tələblərinə tam və dönmədən əməl olunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini, eləcə də insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında Hərbi Prokurorluğun yüksək vəzifəli işçiləri adıçəkilən qurumların rəhbər vəzifəli əməkdaşları ilə birgə mütəmadi olaraq səmərəli işlər görür, o cümlədən tədbirlər təşkil edir. Həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri dinlənilir, eləcə də, onların fərdi qəbullarının keçirilməsi təmin olunur.
Eyni zamanda, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbər işçiləri hər il milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə müvafiq qurumların rəhbər vəzifəli şəxsləri və hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edir. Hərbi Prokurorluğun rəhbər işçiləri belə tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanır və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim edirlər.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il də Novruz bayramı ərəfəsində Hərbi Prokurorluğun yüksək vəzifəli işçiləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların rəhbər vəzifəli şəxsləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil ediblər. Həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub.

Sosial 2019-03-18 18:35:00