×
A
A
A
Sazlamalar

Əhalinin gəlirləri 5,1 faiz artıb

Bakı, 18 mart, AZƏRTAC
Yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6 milyard 952 milyon manatlıq vəsait qalıb.

Maliyyə 2019-03-18 17:18:00