×
A
A
A
Sazlamalar

Talassemiya və hemofiliyadan əziyyət çəkən insanlar üçün qanvermə aksiyası təşkil olunub

Kürdəmir, 18 mart, AZƏRTAC 

Novruz bayramı ərəfəsində Kürdəmirdə rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara yardım məqsədi ilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının əməkdaşları könüllü olaraq müraciət edən 650 nəfərədək sakini əvvəlcə tibbi müayinədən keçiriblər. Sonra 100 nəfərədək vətəndaşdan qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilib.
Humanist aksiyada sakinlər, o cümlədən rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər fəal iştirak ediblər.

Regionlar 2019-03-18 16:06:00