Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fevralda OPEC+ sazişinə 90 faiz əməl olunub

Bakı, 18 mart, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə fevralda 90 faiz əməl edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının yekununa dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, JMMC neft bazarında baş verən proseslərdən razıdır. “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən ölkələrin sazişə əməletmə səviyyəsi fevral ayında 90 faiz olub. Komitə üzv ölkələrin fevral ayı ərzində kollektiv fəaliyyətindən məmnundur.
O bildirib ki, yanvarda isə sazişə əməletmə səviyyəsi 83 faiz olub.

Neft - qaz 2019-03-18 14:59:00