×
A
A
A
Sazlamalar

Qusarda şəhid ailələrinə bayram sovqatı paylanılıb VİDEO

Qusar, 18 mart, Elxan Yusifli, AZƏRTAC

Qusarda Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin kollektivi şəhid ailələrinin qonağı olub, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar.
Şəhid ailələrinə ərzaq yardımı edilib.
Şöbənin rəisi Nicat Həsənov şəhid ailələri ilə görüşdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərildiyini bildirib: “Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə onlara nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi. Dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında sərəncam imzalayıb. Həmçinin şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün məbləği artırılıb. Bütün bunlar şəhid ailələrinə göstərilən diqqət və qayğının göstəricisidir”.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qarabağ uğrunda gedən döyüşlərdə 54 nəfər Qusar sakini şəhid olub.

Regionlar 2019-03-18 14:50:00

Video