×
A
A
A
Sazlamalar

Qubalı məktəbli: Masallıda keçirilən Bahar festivalında Novruz sevincini yaşadıq

Masallı, 18 mart, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsinə səfərin üçüncü günü Masallı rayonuna səyahət zamanı şəhərdəki “ASAN Həyat” kompleksində Novruz bayramı münasibətilə təşkil edilmiş Bahar festivalında biz də iştirak etdik. Bahar festivalında Novruz sevincini yaşadıq.
Bu sözləri Quba şəhərindəki 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Türkan Umudova AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində bildirib.
“ASAN Həyat” kompleksinin həyətində xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları, pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları bizə bayram ovqatı bəxş etdi. Masallının gözəl təbiəti, tarix və mədəniyyət abidələri, rayonun sosial-iqtisadi inkişafı, əvəzolunmaz milli mətbəxi, milli adət-ənənələri, ən başlıcası rayonda yaşayan insanların mehribanlığı və səmimiyyəti şagirdlər tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Ölkəmizin bu gözəlliklərini bizə tanımağa imkan yaradan bütün insanlara minnətdarlıq edirəm”, - deyə T.Umudova vurğulayıb.

Regionlar 2019-03-18 09:16:00