×
A
A
A
Sazlamalar

Bakılı məktəbli: Ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvanda olmaq məni çox sevindirdi

Naxçıvan, 17 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvan diyarında olmaq məni çox sevindirdi.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Səbail rayonundakı Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyin 9-cu sinif şagirdi Humay Ağayeva deyib.
“Naxçıvandakı muzeylər, tarixi abidələr və təhsil ocaqları ilə tanışlıq məndə və məktəbli yoldaşlarımda xoş təəssüratlar oyadıb”, – deyən Humay Ağayeva qeyd edib ki, ekskursiyalar zamanı məktəblilər çox dəyərli məlumatlar əldə ediblər.
Humay Ağayeva, həmçinin bildirib: “Naxçıvanın gözəlliyini, buradakı səliqə-sahmanı və insanların qonaqpərvərliyini gördükdən sonra, gələcəkdə də bu diyara məmnuniyyətlə bir daha səfər etmək fikrindəyəm. Məktəblilərə bu imkanı yaratdığı üçün təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Regionlar 2019-03-17 08:47:00