İtaliyanın “Agenzia Nova” saytı VII Qlobal Bakı Forumundan yazır
Roma, 15 mart, AZƏRTAC
İtaliyanın “Agenzia Nova” saytı “Azərbaycan VII Qlobal Bakı Forumunun açılışını edir” sərlövhəli məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Forum haqqında məlumat verilir. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dən artıq nümayəndənin qatıldığı diqqətə çatdırılır.
Yazıda Forum çərçivəsində keçirilən sessiyalar barədə də söz açılır. Bu sessiyalarda qlobal və regional əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu diqqətə çatdırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Qlobal Bakı Forumunun açılışında iştirak etdiyi vurğulanır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib