×
A
A
A
Sazlamalar

Mərkəzi Seçki Komissiyasının qüvvədə olan bəzi normativ xarakterli aktlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli 554 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1397-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il tarixli 877 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 iyul tarixli 15/58-14 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə “və “Reklam haqqında”” sözləri çıxarılsın, “qanunlarının” sözü “Qanununun” sözü ilə əvəz edilsin;
1.2. 3.2-ci, 3.13-cü, 4.4-cü bəndlərdə və 6.1.5-ci, 6.1.9-cu yarımbəndlərdə “qərarın” sözü “sərəncamın” sözü ilə əvəz edilsin;
1.3. 6.2.7-ci yarımbənd ləğv edilsin.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2009-cu il tarixli 23-7 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “və “Reklam haqqında” sözləri çıxarılsın, “qanunlarının” sözü “Qanununun” sözü ilə əvəz edilsin;
2.2. 6.2.7-ci yarımbənd ləğv edilsin.
3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2005-ci il 4 iyul tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat”ın 1.1-ci bəndində “qərar” sözü “sərəncam” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 may 2006-cı il tarixli 27/103 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında seçkilərin (referendumun) keçirilməsi ilə bağlı rəsmi sənədlərin saxlanılması qaydaları haqqında Təlimat”ın 1.1-ci və 2.1-ci bəndlərinə “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin.
5. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-1 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1-ci və 3.5-ci bəndlərdə “elan olunması günündən” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin;
5.2. 3.2-ci bənddə “günündən” sözü “haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin;
5.3. “3” və “3 a” saylı əlavələrdə “elan edilməsi günündən” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında Təlimat”ın 1-ci qeyd hissəsinin ikinci abzasının 6-cı və 10-cu sətirlərində “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin.
7. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.1-ci bəndə “qərar” sözlərindən sonra “(sərəncam)” sözü əlavə edilsin;
7.2. 2.1-ci bənddə “elan edildiyi gündən” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-3 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) yerli müşahidənin aparılması qaydaları haqqında Təlimat”ın 1.1-ci və 2.1-ci bəndlərinin birinci cümlələrində “elan” sözü “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 1/141-6 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”ın 1.2.5-ci və 1.2.9-cu yarımbəndlərində “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin.
10. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 yanvar 2009-cu il tarixli 1/4-1 saylı Qərarı ilə təsdiq edilmiş “Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”ın 3.4-cü, 3.5-ci, 4.2-ci bəndlərində, 5.1.5-ci, 5.1.10-cu yarımbəndlərində “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin və 5.1.10-cu yarımbəndə “seçkilərin” sözü “referendumun” sözü ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2010-cu il 6 may tarixli 10/49-3 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki fondlarına vəsaitlərin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”ın 3.5-ci və 3.9-cu bəndlərində “qərarın” sözü “sərəncamın” sözü ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/24 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 2.3-cü bəndinə “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin.
13. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/25 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə seçki komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 2.3-cü bəndinə “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin.
14. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/48 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat”ın 2.1-ci bəndində “elan olunması günündən” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 may 2015-ci il tarixli 9/84 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları”nın 1.2-ci bəndinə “təyin” sözündən sonra “edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri əlavə edilsin.
16. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 


Sədr Məzahir Pənahov


Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2019-03-15 20:56:00