×
A
A
A
Sazlamalar

Almaniyada fəaliyyət göstərən diaspor qurumlarının nümayəndələrinin növbəti toplantısı keçiriləcək

Berlin, 12 mart, AZƏRTAC

Martın 14-də Berlində, “Maritim” otelində Almaniyada fəaliyyət göstərən diaspor qurumlarının nümayəndələrinin növbəti məşvərət toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, toplantı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən təşkil olunacaq.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edəcək.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2019-03-12 21:29:00