×
A
A
A
Sazlamalar

Aşqabadda Xəzər dənizində xilasetmə işlərinə dair əməkdaşlıq məsələləri müzakirə edilib

Aşqabad, 12 mart, AZƏRTAC
Türkmənistan Xarici İşlər Nazirliyində Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatlarının aparılmasında əməkdaşlıq haqqında hökumətlərarası saziş layihəsi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Müdafiə Nazirliyinin idarə rəisi Davud Bağırlı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cavid Zeynalzadə və Dövlət Dəniz Agentliyinin əməkdaşı Əmrah Abbasovdan ibarət nümayəndə heyəti təmsil edir.
Bundan başqa, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə martın 14-15–də Xəzəryanı dövlətlərin hökumətləri arasında Xəzər dənizində elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Sazişin müzakirəsi keçiriləcək.
Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiyadan olan mütəxəssislərin ikigünlük iclası Türkmənistan Xarici İşlər Nazirliyi və bu ölkənin Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil olunub.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Sosial 2019-03-12 20:53:00