×
A
A
A
Sazlamalar

Badamdar qəsəbəsində bayram tədbiri keçirilib

Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək Prezident İlham Əliyevin bütün sahələrə diqqət yetirdiyini, şəhid ailələrinin xüsusi qayğı ilə əhatələndiyini vurğulayıb. Bildirib ki, 2019-cu il ölkəmizdə iqtisadi inkişafla başlayıb. Müavinətlər, pensiyalar artırılıb. Novruz bayramınadək isə 1928 şəhid vərəsəsinə birdəfəlik ödəmələr veriləcək. Bütün bunlar ölkə başçısının əhalinin sosial rifahının yaxşılaşdırılmasına böyük əhəmiyyət verdiyinin göstəricisidir.
Sonra “Açıq mikrofon” keçirilib. Sakinlərin təklif və müraciətləri dinlənilib, həll edilməsi üçün yerindəcə tapşırıqlar verilib.

Sosial 2019-03-12 15:49:00