×
A
A
A
Sazlamalar

Saxta sertifikatla fəaliyyət göstərilənlər barədə ən sərt tədbirlər görüləcək

Bakı, 7 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Qida Təhlükəsizliyi Agentliyi bu kimi qanunazidd əməllərin yolverilməz olduğunu və həmin fəaliyyətlə məşğul olanlar üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulduğunu bəyan edir.
Agentlik bir daha qanunsuz fəaliyyətlə məşğul olanları bu yoldan çəkinməyi tələb edir və aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş faktlarla əlaqədar qanunvericilik çərçivəsində ən sərt tədbirlər görüləcəyini bildirir.

Sosial 2019-03-07 19:12:00