×
A
A
A
Sazlamalar

Sumqayıtın Bahar qızları Bakıya gələcək

Bakı, 6 mart, AZƏRTAC

Martın 9-da Xətai Sənət Mərkəzində “Sumqayıtlı Bahar qızları Bakıda” adlı tədbir keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Sərgi Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları ilə “Nəsimi ili” çərçivəsində Novruz bayramını birgə yaşamaq və yaşatmaq məqsədilə təşkil olunur.
Tədbir çərçivəsində müxtəlif rəqs nümunələri, səhnəciklər, rəsm əsərləri, o cümlədən, uşaqların hazırladığı müxtəlif bəzək əşyaları nümayiş olunacaq.
Həmçinin insanları sərgi və tədbiri ziyarət etməyə həvəsləndirmək məqsədilə uduşlu giriş biletləri də nəzərdə tutulur.

İncəsənət 2019-03-06 12:33:00