×
A
A
A
Sazlamalar

“Art Tover” qalereyasında gənc rəssamların sərgisi açılıb

Bakı, 5 mart, AZƏRTAC

“Art Tover” rəsm qalereyasında “HEART” layihəsi çərçivəsində 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr edilmiş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü reallaşıb.
Sərgidə gənc rəssamlar Kamila Muradova, Nuray Alahverdiyeva, Ülviyyə İsmayılova, Ruslan Kovalyov, Mətanət Niftəliyeva, Röya Həsənova və Leyla Orucovanın əsərləri nümayiş olunur.
“HEART” layihəsi neft üçün istifadə olunmuş və sonradan tullantı kimi istifadə edilən çəlləklərin üzərində rəsm əsərləri yaratmağı nəzərdə tutan layihədir.

İncəsənət 2019-03-05 17:23:00