×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının dünyada tanıdılması işi ictimai təşkilatlar tərəfindən də gücləndirilməlidir

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsinin dünyada tanıdılması işi ictimai təşkilatlar tərəfindən də gücləndirilməlidir. Bu soyqırımı ilə bağlı müxtəlif xarici ölkələrin vətəndaşları daha ətraflı məlumatlandırılmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yurd Yeri ictimai təşkilatının sədri Mahirə Əsədova bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Xocalıda şəhid olan 63 uşağın fotoşəklindən ibarət sərgi təşkil edərək sosial şəbəkələrdə mətbuat səhifələrində nümayiş etdirib.
M.Əsədovanın sözlərinə görə, 63 şəhid uşağın xatirəsinə həsr olunmuş sərgiyə “Onlar heç vaxt böyüməyəcəklər” adı verilib. O, həmçinin əlavə edib ki, Türkiyənin Bolu şəhərində istifadəyə verilən Qarabağ parkında Yurd Yeri ictimai təşkilatı tərəfindən “Xarı Bülbül” heykəli qoyulub. Bu heykəlin qoyulmasında məqsəd Qarabağ dərdimizi qardaş ölkə vətəndaşlarına çatdırmaqdır.

Qan yaddaşı 2019-02-26 19:35:00