×
A
A
A
Sazlamalar

Türkiyə XİN Xocalı soyqırımını qınayan açıqlama yayıb

Ankara, 26 fevral, AZƏRTAC 

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat yerləşdirilib. Açıqlamada bildirilir ki, Ermənistan dövləti Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır, bir milyondan artıq insan ev-eşiyindən didərgin düşüb. Xocalı soyqırımı barədə ətraflı məlumatın yer aldığı açıqlama belə tamamlanır: “...bu qətliamı və Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğalda saxlamasını şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 27 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını hiss edir və bölüşürük. Bu faciədə həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycana başsağlığı veririk”.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Qan yaddaşı 2019-02-26 15:40:00