×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı ermənilərin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı öz vəhşiliyinə və qəddarlığına görə insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biri kimi tarixə düşüb. 1992-ci ilin fevral gecəsi Ermənistan silahlı birləşmələri sovet ordusundan qalan 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törədiblər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı şəhər sakini Cəfərli Elgün deyib.
O bildirib ki, Xocalıda bir gecənin içində dinc, silahsız insanlara amansız divan tutulub. Bütün bunlar Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.

Qan yaddaşı 2019-02-26 14:14:00