×
A
A
A
Sazlamalar

Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib

Kiyev, 22 fevral, AZƏRTAC
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov məlumat verib.
Onun sözlərinə görə, C-125, “Kub”, “Rokaç” və “Top” zenit-raket sistemləri “Yaroplik” poliqonunda sınaqdan keçirilib. Sınaq zamanı hava, yerüstü və torpaq hədəflərini məhv etmək vəzifələri uğurla başa çatdırılıb.
A.Turçinov bildirib ki, Ukraynada mövcud zenit-raket sistemlərinin müasir standartlara cavab verən vəziyyətə gətirilməsi prioritet fəaliyyətlərdən biridir.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-02-22 17:16:00