×
A
A
A
Sazlamalar

“Xocalı əsrin faciəsidir” mövzusunda inşa-yazı müsabiqəsinə yekun vurulub

Tərtər, 22 fevral, AZƏRTAC

Tərtər rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Şöbəsinin Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib.
Rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən bəhs edib. Bildirilib ki, inşa müsabiqəsinin keçirilməsi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi daşıyır.
İnşa-yazı müsabiqəsinin son turunda 34 ümumtəhsil məktəbindən 40 nəfər şagird iştirak edib. Qaliblər müəyyənləşdikdən sonra onlara diplomlar veriləcək.

Qan yaddaşı 2019-02-22 14:29:00