×
A
A
A
Sazlamalar

Türkiyədə mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb

Ankara, 18 fevral, AZƏRTAC
Türkiyənin Sivas bölgəsində üç ailənin olduğu mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Ailələr Yıldız dağı Qış Turizm Mərkəzindən geri dönərkən baş verib.
Bildirilir ki, yaralılar Sivas dövlət xəstəxanasına çatdırılıblar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-02-18 00:04:00