×
A
A
A
Sazlamalar

Yanvarda 1600 nəfərədək xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb

Tbilisi, 17 fevral, AZƏRTAC
Cari ilin yanvarında 1587 nəfər xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb. Onların 124-ü Azərbaycan vətəndaşlarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında məlumat verilib.
Məlumatda bildirilir ki, ötən ay Gürcüstana buraxılmayan əcnəbilər arasında ən çox İran vətəndaşları olublar – 576 nəfər. Siyahıda ikinci yerdə 366 nəfərlə Hindistan dayanır.
Yanvarda 116 nəfər Türkiyə, 72 nəfər Türkmənistan, 58 nəfər Rusiya, 50 nəfər Ermənistan, 44 nəfər Özbəkistan, 28 nəfər Pakistan, 16 nəfər Misir, 15 nəfər İraq, 13 nəfər Qırğızıstan və 11 nəfər Qazaxıstan vətəndaşı Gürcüstana buraxılmayıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında Gürcüstana buraxılmayanların sayı 50 faizdən çox artıb. Ötən ilin yanvarında ölkəyə 1047 əcnəbi vətəndaş buraxılmayıb. Ümumiyyətlə, 2018-ci ildə 3200 nəfər İran, 2200 nəfər Hindistan vətəndaşı Gürcüstana buraxılmayıb. Viza rejimini pozan əcnəbilər arasında da ən çox İran vətəndaşları olublar – 1500 nəfər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2019-02-17 23:04:00