×
A
A
A
Sazlamalar

İspaniyada 6 min illik tarixi olan it qəbiristanlığı aşkarlanıb

Madrid, 17 fevral, AZƏRTAC
Barselona Universitetinin alimləri İspaniyanın şimal-şərqində kütləvi it qəbiristanlığı aşkarlayıblar.
AZƏRTAC xəbər verir ki, qəbiristanlığın yaşının 6 min ildən çox olduğu bildirilib. Əsas versiyaya görə, itlər qurban kəsilərək sahiblərinin yaxınlığında basdırılıb. Alimlər itlərin dəfn olunan insanlarla eyni qidadan istifadə etdiklərini aşkarladıqdan sonra bu qənaətə gəliblər. Bundan başqa, itlərin hamısının 1-18 aylıq olması onların dini ayinlər zamanı qurban kəsilmələri ehtimalını gücləndirir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-02-17 22:42:00