×
A
A
A
Sazlamalar

Türkiyədə 3673 cinayətkar göz altına alınıb

İstanbul, 17 fevral, AZƏRTAC

Türkiyənin təhlükəsizlik, jandarma və sahil mühafizəsi xidmətlərinin 58 min 528 əməkdaşının iştirakı ilə ölkənin müxtəlif bölgələrində "Türkiyə Güvən-Dinclik (2019-1)" əməliyyatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində axtarışda olan 3673 nəfər göz altına alınıb, itkin düşmüş hesab edilən dördü uşaq olmaqla, 94 nəfər tapılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-02-17 13:51:00