×
A
A
A
Sazlamalar

Albaniyada etirazçılar baş nazirin iqamətgahına hücum ediblər

Bakı, 16 fevral, AZƏRTAC
Albaniyada müxalifət partiyasının tərəfdarları respublikanın baş naziri Edi Ramanın iqamətgahına hücum ediblər.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, baş nazirin istefasını tələb edən etirazçılar polis mühafizəsini yararaq binanın qapılarını qırmağa çalışırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edir.

Dünya 2019-02-16 16:44:00