×
A
A
A
Sazlamalar

Türkiyədə antiterror əməliyyatlarında 11 nəfər saxlanılıb

Bakı, 15 fevral, AZƏRTAC 

Türkiyənin Şırnak bölgəsində səhər saatlarında başlanan antiterror əməliyyatlarında 11 nəfər saxlanılıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, saxlanılanlar terror təşkilatı PKK-ya yardımda təqsirləndirilirlər. Polis şübhəlilərin ev və iş yerlərinə baxış zamanı istintaqa lazım olan xeyli material aşkarlayıb.

Dünya 2019-02-15 17:54:00