×
A
A
A
Sazlamalar

Kreml Prezident Vladimir Putinin cüdo məşqində zədələnməsini şərh edib

Bakı, 15 fevral, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin özünü normal hiss edir, onun cüdoçularla məşq zamanı barmağının zədələnməsi bu gün xokkey oynamasına mane olmayacaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dimitri Peskov deyib.
“Vladimir Putin özünü əla hiss edir və Belarus Prezidenti Lukaşenko ilə görüşə, sonra isə xokkey oynamağa hazırlaşır”, - deyə Peskov jurnalistlərə bildirib.
Rusiya lideri Vladimir Putin dünən axşam cüdo üzrə bir saatlıq məşqdə iştirak edib. O, Olimpiya çempionu Beslan Mudranovla məşq zamanı sağ əlinin barmağını zədələsə də, məşqini davam etdirib.

 

Dünya 2019-02-15 14:05:00