×
A
A
A
Sazlamalar

Fransada məktəb sənədlərində “ata və ana” sözləri “valideyn 1 və valideyn2” sözləri ilə əvəz olunub

Paris, 14 fevral, AZƏRTAC

Fransada məktəb sənədlərində “ata və ana” sözləri işlədilməsinə son qoyulub.
AZƏRTAC xəbər verir ki, Milli Assambleyada məktəb sənədlərində “ata və ana” sözlərinin “valideyn1 və valideyn2” sözləri ilə əvəz edilməsinə dair “Etibarlı məktəb haqqında” qanunda dəyişiklik edilməsi təklifi elə birinci oxunuşdan qəbul olunub.
Bildirilib ki, məktəblərdə şagirdlərlə bağlı ərizə və anket formalarında ata və ana sözlərindən istifadə olunur və bu da bəzi ailələrin tərkibinə uyğun deyil. Bu cür ailələrin uşaqları onlara digər həmyaşıdları ilə eyni münasibət bəslənilmədiyini hiss edirlər. Belə vəziyyətlərin qarşısını almaq, sosial bərabərliyi təmin etmək məqsədilə qanunda dəyişiklik edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2019-02-15 07:45:00