×
A
A
A
Sazlamalar

Ankarada səkkiz təhlükəli terrorçu həbs edilib

Ankara, 15 fevral, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələri Ankara şəhərində geniş antiterror əməliyyatı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcədən müəyyən olunan ünvanlarda aparılan əməliyyat-axtarış tədbiri nəticəsində 8 terrorçu həbs edilib. Onlardan 7-si İraq əsilli İŞİD terrorçusu, biri isə HTŞ terror qrupuna mənsub suriyalıdır. İlkin araşdırmada müəyyən edilib ki, terrorçuların hamısı Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-02-15 03:25:00