×
A
A
A
Sazlamalar

Soçidə Rusiya, Türkiyə, İran liderlərinin görüşü keçirilir

Moskva, 14 fevral, AZƏRTAC

Soçidə Rusiya, Türkiyə, İran liderləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, Suriya münaqişəsinin nizama salınması, Suriya Məşvərət Komitəsinin yaradılması və digər məsələlərin müzakirə olunduğu sammitdən əvvəl Rusiya Prezidenti Türkiyə və İran liderləri ilə təkbətək görüş keçirib.
Bu, Rusiya, İran və Türkiyə dövlət başçılarının üçtərəfli formatda dördüncü görüşüdür. Əvvəlki görüşlər Soçi, Ankara və Tehranda baş tutmuşdu.
Sammitdən sonra prezidentlər mətbuat konfransı keçirəcəklər. Bundan sonra işgüzar naharda Belarus Prezidenti Aleksandr Lukaşenkonun da iştirakı gözlənilir.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2019-02-14 17:10:00