×
A
A
A
Sazlamalar

Şimali Makedoniya hökuməti ölkənin adının dəyişdirilməsindən sonra tədbirlərə başlayıb

Afina, 13 fevral, AZƏRTAC

Şimali Makedoniya hökuməti Yunanıstanla sazişə əsasən ölkənin adının dəyişdirilməsindən sonra tədbirlərə başlayıb. İlk olaraq hökumət binalarının üzərində və sərhəd-keçid məntəqələrində ölkənin adının yazılışları dəyişdirilir. Bütün tədbirlər başa çatdıqdan sonra ölkə hökumət BMT-nin katibliyini, üzv ölkələri və beynəlxalq təşkilatları ölkənin adının dəyişdirilməsi ilə bağlı məlumatlandıracaq.
Qeyd edək ki, Yunanıstanla Makedoniya 2018-ci ilin iyununda uzunmüddətli münaqişənin həlli kimi Makedoniyanın adının Şimali Makedoniya Respublikası adı ilə əvəz olunmasına dair saziş imzalayıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-02-13 18:40:00