×
A
A
A
Sazlamalar

Nazir: İndiyədək 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi verilib

Bakı, 29 yanvar, AZƏRTAC

İndiyədək 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan çox investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaq. Həmin layihələrin 87 faizi regionların payına düşür”, - deyə Ş.Mustafayev əlavə edib.

Biznes 2019-01-29 15:17:00