×
A
A
A
Sazlamalar

Toxuculuq sənayesində istehsal 42,4 faiz artıb

Bakı, 22 yanvar, AZƏRTAC
2018-ci ildə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 339,9 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2017-ci illə müqayisədə toxuculuq sənayesində 42,4 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 23,3 faiz artım, geyim istehsalında isə 1,7 faiz azalma müşahidə olunub.

Sənaye 2019-01-22 14:08:00