×
A
A
A
Sazlamalar

Keçən il respublika üzrə elektrik enerjisi istehsalı 25,2 milyard kilovat/saat təşkil edib

Bakı, 20 yanvar, AZƏRTAC

Ötən il Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 25,2 milyard kilovat/saat olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, 2018-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25 milyard 256,1 milyon kilovat/saat olub. İl ərzində “Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında (İES) 21 milyard 163,7 milyon kilovat/saat, Su Elektrik Stansiyalarında (SES) isə 1 milyard 754,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Qalan elektrik enerjisi müstəqil elektrik stansiyalarının payına düşür.
Belə ki, “Azərenerji” ASC üzrə elektrik enerjisi istehsalı 22,52 milyard milyard kilovat/saat (İES-lərdə 20,9 milyard kilovat/saat, SES-lərdə 1,6 milyard kilovat/saat), Naxçıvanın Dövlət Energetika Xidməti üzrə 431,4 milyon kilovat/saat (İES-lərdə 245,1 milyon kilovat/saat, SES-lərdə 152,1 milyon kilovat/saat, Günəş Elektrik Stansiyalarında 34,2 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə isə 2,3 milyard kilovat/saat təşkil edib.

 

Energetika 2019-01-20 12:55:00