×
A
A
A
Sazlamalar

Quba-Xınalıq yolu qardan tam təmizlənib

Quba, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Quba-Xınalıq yolu qardan tam təmizlənib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Üç texnika və 15 nəfərdən ibarət növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.
Sahə rəisi Bilal Sultanov bildirib ki, ötən gün yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Ucqar yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
B.Sultanov dağlıq ərazidəki yollarda sürücülərə diqqətli olmağı, hava şəraitinə uyğun sürət həddi seçməyi tövsiyə edib.

Regionlar 2019-01-19 10:50:00