×
A
A
A
Sazlamalar

Cari ildə OPEC üzrə sutkalıq neft tələbatı 30,8 milyon barrel olacaq

Bakı, 17 yanvar, AZƏRTAC 

Bu il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft tələbatının gündəlik 30 milyon 830 min barrel olacağı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-in proqnozuna görə, 2019-cu ildə qlobal neft tələbatı isə ötən illə müqayisədə 1 milyon 290 min barrel artaraq sutkada 100 milyon 80 min barrel təşkil edəcək.

Neft - qaz 2019-01-17 18:10:00