×
A
A
A
Sazlamalar

Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Bakı, 17 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və s.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2018-ci ildə fond həssas qruplardan olan 6148 nəfəri sanator-kurort müəssisələrinə və 1409 nəfəri istirahət mərkəzlərinə göndərişlə təmin edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 9 May - Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarından ibarət 541 nəfərin hər birinə 1000 manat, həmin müharibədə həlak olmuş döyüşçülərin dul arvadlarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 10 min 430 nəfərin hər birinə 500 manat birdəfəlik maddi yardım verilib.
Hesabat dövründə 16 min nəfər səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunub. 355 nəfər sağlamlıq imkanları məhdud gənc isə peşə reabilitasiyasına cəlb edilib.

Sosial 2019-01-17 15:29:00