×
A
A
A
Sazlamalar

Göyçayın Müskürlü kəndində uşaq bağçası–körpələr evinin tikintisinə başlanılıb

Göyçay, 17 yanvar, AZƏRTAC 

Göyçay rayonunun Müskürlü kəndində yeni körpələr evi-uşaq bağçasının inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq bağçası-körpələr evi 40 yerlik olacaq. Binada 2 oyun və 2 yataq otağı, mətbəx, sanitar qovşağı və digər yardımçı otaqlar tikiləcək.
Kənddə obyektin təməlqoyma mərasimi keçirilib. Ağsaqqalların, ziyalıların iştirak etdiyi mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd sakinlərini təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Kənd ağsaqqalı Məmməd Ağayev çıxış edərək uşaq bağçasının inşasına görə minnətdarlığını bildirib.
Sonra binanın təməli qoyulub.

Regionlar 2019-01-17 10:17:00