×
A
A
A
Sazlamalar

Misir hərbçiləri Sinay yarımadasının şimalında beş terrorçunu məhv edib

Qahirə, 17 yanvar, AZƏRTAC
Misirin təhlükəsizlik qüvvələri tərəfindən Sinay yarımadasının şimalındakı Əl-Ariş şəhərində beş terrorçu məhv edilib.
AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinin milli təhlükəsizlik idarəsinin məlumatına istinadla xəbər verir ki, ekstremistlər zərərsizləşdirmə əməliyyatı zamanı silahlı müqavimət göstərərkən cavab atəşi ilə məhv ediliblər.
Qeyd olunur ki, yaraqlılar Əl-Ariş şəhərinin ətrafındakı rayonlarda terror hücumları həyata keçirməyi planlaşdırırmışlar.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-01-17 01:00:00