×
A
A
A
Sazlamalar

Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib

Kiyev, 16 yanvar, AZƏRTAC

Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.
MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.
Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2019-01-16 23:41:00