×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 50100373S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4004 AZN (7,76 faiz) ilə 99.4004 AZN (7,76 faiz) arasında olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 483,614,000.00 AZN olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.4004 AZN (7,76 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib.
Notlar fevralın 13-də ödəniləcək.

Maliyyə 2019-01-16 17:01:00