×
A
A
A
Sazlamalar

İmişlinin heyvandarlıq təsərrüfatlarında 255 min baş qoyun-keçi saxlanılır

İmişli, 16 yanvar, Mahir Babayev, AZƏRTAC

İmişlinin heyvandarlıq təsərrüfatlarında 255 min baş qoyun-keçi saxlanılır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 95 min 62 baş iribuynuzlu mal-qara və 254 min 979 baş qoyun-keçi saxlanılır. Bu da 2017-ci illə müqayisədə ümumilikdə 551 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib və məhsul istehsalında artım olub.
Ötən il rayonda 13 min 429 ton ət (diri çəkidə), 49 min 632 ton süd, 392 ton yun istehsal olunub. 2017-ci illə müqayisədə süd istehsalında 2 ton, yun istehsalında isə 13 ton artım qeyd alınıb.

 

Regionlar 2019-01-16 12:53:00