×
A
A
A
Sazlamalar

Keçən il sənaye məhsulunun 22,2 faizi emal sektorunda istehsal olunub

Bakı, 15 yanvar, AZƏRTAC
Ötən il sənaye məhsulunun 22,2 faizi emal sektorunda istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, il ərzində emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 82,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 26,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 14 faiz, içkilərin istehsalı 12,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5 faiz, kağız və karton istehsalı 0,5 faiz artıb. Kompüter, elektron və optik məhsulların istehsalı 2,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,7 faiz, əczaçılıq məhsullarının istehsalı 15,1 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,3 faiz azalıb.

Sənaye 2019-01-15 18:39:00