×
A
A
A
Sazlamalar

Yol Polisi nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib

Bakı, 12 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, müraciətdə son vaxtlar nəqliyyat vasitələri sahiblərindən və sürücülərindən Bakıda dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı çoxsaylı elektron müraciətlər daxil olduğu qeyd edilib. Bildirilib ki, mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, Bakının inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib olunması, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər.

Sosial 2019-01-12 17:22:00