×
A
A
A
Sazlamalar

Əlillərin təminatı və onlara göstərilən reabilitasiya xidmətləri yaxşılaşır

Bakı, 12 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin görəcəyi əsas işlərdən danışarkən deyib: “Qarşıya qoyulan vəzifələrdən biri də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb.
Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub”.
Nazir öz çıxışında məlumat verib ki, ötən il 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib.

Sosial 2019-01-12 15:37:00