Azərbaycanın səfiri Rusiya XİN-də keçirilən ənənəvi görüşdə iştirak edib
Moskva, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə(MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görüşdə iştirak edib.
AZƏRTAC Rusiya XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə 2018-ci ildə Birlik formatında çoxtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində görülən işlərə yekun vurulub, yaxın bir ildə MDB-də Türkmənistanın sədrliyi ilə xarici siyasi əlaqələndirmənin möhkəmləndirilməsi əsasında prioritetlər və mühüm vəzifələr müəyyən edilib.
İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib